AZ

“İnter Mayami” yarımfinalda dayandı – Çempionlar Kubokunda

Lionel Messinin formasını geyindiyi “İnter Mayami” Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) Çempionlar Kubokunda finala yüksələ bilməyib.

Msport.az xəbər verir ki, MLS klubu yarımfinalda mübarizəni dayandırıb.

Komanda Kanadanın “Vankuver Uaytkeps” klubuna cavab görüşündə də uduzub. İlk oyunda 0:2 hesabı ilə məğlub olan “İnter Mayami” cavab qarşılaşmasında da iki top fərqi ilə yenilib – 1:3.

“İnter Mayami”nin heyətində yeganə qola Jordi Alba imza atıb.

Seçilən
0
msport.az

1Mənbələr