ABŞ və Ukrayna arasında mineral ehtiyatlarla bağlı saziş imzalanıb.
Herbiand.az xəbər verir ki, bu barədə ilk xəbri "Bloomberg" agentliyi yayıb.
Agentliyin məlumatına görə, ABŞ bu sazişlə Ukraynanın alüminium, qrafit, neft və təbii qaz yataqlarının işlənməsi üçün imtiyazlı çıxış imkanı əldə edəcək.
Sazişin imzalanması ilə bağlı xəbəri Ukraynanın baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko da təsdiqləyib. Onun məlum atılna görə, ABŞ-la birgə investisiya fondunun yaradılacaq. Sazişə əsasən, Ukrayna yeni icarə haqqı və yeni sahələrdə faydalı qazıntıların çıxarılması üçün yeni lisenziyalardan əldə olunan bütün gəlirin 50%-ni bu fonda verəcək.
ABŞ və Ukrayna fondun idarə olunmasında bərabər səsə sahib olacaqlar.