AZ

Hansi Flik: “Müqaviləmlə bağlı söhbətin məqamı deyil”

“Barselona”nın alman baş məşqçisi Hansk Flik “baluqrana”nın sükanı arxasındakı gələcəyi ilə bağlı suala birbaşa cavabdan yayınıb.

Arena.az “Marca” nəşrinə istinadən alman mütəxəssisin cavabını təqdim edir:

Düşünürəm ki, mən “Barselona”nı növbəti mövsümdə də çalışdıracağam, mənim müqaviləmin müddəti 2026-cı il qədər qüvvədədir. Mən artıq demişəm ki, burada olmağıma şadam, bu mənə xoş gəlir, amma indi bu qəbildən olan sualların yeri deyil. Komandadakı məqsədlərə köklənmək gərəkdir. Hər şey sabah* meydanda yüz faiz can qoymalı olacaq oyunçular ətrafında cərəyan edir”, deyə “Hansi” Flik vurğulayıb.

*Qeyd:
Bu gün, aprelin 30-da Flikin “blauqrana”sı Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində evdə “İnter”i qəbul edəcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xatırladaq ki, 60 yaşlı Hansi Flik 2024-cü ilin iyul ayında “Barselona”nın sükanı arxasında ispan mütəxəssis Xavini əvəzləyib. Flikin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Alman mütəxəssisin qarşısında bir məqsəd qoyulub – “Barselona”nı dirçəltmək və klubun iddiasını ortaya qoymaq.

Çalışdırdığı müddətdə Hansi Flik “Barselona”nı 53 oyuna çıxarıb, 40 qələbə, 6 heç-heç, 7 məğlubiyyət yaşayıb. Topların fərqi isə 155:58 nisbətindədir.

Kataloniya təmsilçisi cari mövsümdə bütün yarışlarda qalibiyyət iddiasını saxlayır. “Barselona” 2024/2025-ci illər mövsümü İspaniya Super Kubokunu və İspaniya Kral Kubokunu qazanıb, UEFA Çempionlar Liqasının yarımfinalına finalına çıxıb.

İspaniya La Liqasında isə Hansi Flikin “Barselona”sı 33 oyunda 76 xalla zirvədə qərarlaşıb.

Seçilən
0
arena.az

1Mənbələr