AZ

TAP konsorsiumu 2025-ci ilin I rübü üzrə tədarük həcmlərini açıqlayıb

Bakı. Trend:

1 yanvar 2025-ci ildən 29 mart 2025-ci ilə qədər olan dövrərzində Trans-Adriatik Qaz Kəməri (TAP) ilə ümumilikdə 2,55 milyardkubmetr təbii qaz nəql olunub.

Bu barədə Trend-insorğusuna TAP AG konsorsiumundan verilən cavabda deyilir.

“Göstərilən dövr ərzində İtaliya 2,12 milyard kubmetr,Yunanıstan 0,23 milyard kubmetr, Bolqarıstan isə 0,18 milyardkubmetr qaz əldə edib”, - deyə konsorsiumdan bildiriblər.

Qeyd edək ki, TAP Yunanıstan-Türkiyə sərhədindən İtaliyanıncənubuna qədər təbii qazın nəqlini təmin edir və maraqlı tərəflərəqazın müxtəlif Avropa ölkələrinə çatdırılması imkanını təqdimedir.

TAP Cənub Qaz Dəhlizi çərçivəsində birbaşa və iqtisadi cəhətdənsərfəli nəqliyyat marşrutu təklif edir. Bu dəhliz Xəzər dənizindənAvropaya qədər uzanan 3500 kilometrlik qaz kəməri zəncirini əhatəedir.

Bundan əvvəl TAP-ın idarəedici direktoru Luka SkyeppatiTrans-Adriatik qaz kəmərinin genişlənməsinin birinci mərhələsininbaşa çatması üçün lazımi işlərin ləngimədən davam etdiyinibildirmişdi.

"Ancaq biz qaz kəmərinin cari ötürücülük qabiliyyətini tədricəngenişləndirsək, TAP Avropanın enerji təhlükəsizliyinə vəkarbonsuzlaşdırma hədəflərinə daha böyük töhfə verə bilər. TAP-ınəlavə gücləri bazara hər iki ildən bir keçirilən müntəzəm bazarsınaqları çərçivəsində, bazarın marağı olduğu halda təklifolunur.

2021-ci ildə keçirilən bazar sınağının nəticələrinə əsasən,2024-cü ilin yanvar ayında yekunlaşan məcburi müraciətlər qəbuledilib və bu, 2026-cı ilin əvvəlindən etibarən qaz kəmərinin gücünüillik əlavə 1,2 milyard kubmetr həcmində artırmağa imkan verəcək.Genişləndirmənin birinci mərhələsinin yerinə yetirilməsi üçün tələbolunan işlər hər hansı ləngimə olmadan həyata keçirilir", – deyəSkyeppati vurğulayıb.

O əlavə edib ki, genişləndirmənin birinci mərhələsi gələcəkdəgücün daha da artırılması üçün zəmin yarada bilər və bu prosesnövbəti bazar sınaqlarında iştirak vasitəsilə mərhələli şəkildəhəyata keçirilə bilər.

Məqalədə:
Seçilən
0
2
az.trend.az

3Mənbələr