AZ

“Ukrayna Silahlı Qüvvələrinin qalıqlarını Kurskdan təxliyə etmək mümkün deyil” - Putin

Qalan ukraynalı hərbçilərin Kursk vilayətindən təxliyəsi onların dağınıq vəziyyətinə görə mümkün deyil.

Herbiand.az bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin “Bilik” cəmiyyətinin Moskvada keçirilən “Bilik.Birinci” federal təhsil marafonu zamanı deyib.

“Bəli, biz düşməni Kursk vilayətindən qovmuşuq, amma onlar hələ də orada hansısa yarıqlarda, zirzəmilərdə oturublar. Onların dediklərini eşidirik, evakuasiya xahiş edirlər. Amma indi təfərrüata varmayacağam. Evakuasiya mümkün deyil, çünki orada səpələnmiş iki-üç nəfərlik qruplar var, yenə deyirəm, hardasa oturublar, tamamilə təcrid olunmuş vəziyyətdə. Yeri gəlmişkən, onlara təslim olmaq təklif olunub”, - Putin deyib.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri Kursk bölgəsini tamamilə azad edib. Bu barədə aprelin 26-da Rusiya Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimov Putin ilə görüşdə məlumat verib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
herbiand.az

1Mənbələr