AZ

Tramp administrasiyası Uitkoffun Rusiya və İranla danışıqlara yanaşma tərzindən narazıdır

Tramp administrasiyası Uitkoffun Putinlə görüşlərdə təkbaşına, məsləhətçilər və ekspertlər olmadan iştirak etməsindən narazıdır. Hətta, bəzən o, diplomatik prosedurları pozaraq rus tərcüməçilərinin köməyinə müraciət edir.

Herbiand.az bildirir ki, bu barədə “New York Post” nəşri mənbələrinə istinadən xəbər verir.

Məlumata görə, Donald Tramp administrasiyası xüsusi nümayəndə Stiv Uitkoffun “Amerikanın iki əsas rəqibi” - Rusiya və İranla danışıqlara yanaşma tərzindən narazıdır.

Nəşr yazıb ki, keçən həftə Vladimir Putinlə son görüşündən əvvəl Uitkoff Rusiya prezidentini “köhnə dost kimi” salamlayıb, lakin danışıqlar zamanı onu müşavirlər və ekspertlər müşayiət etməyib. Ancaq, Rusiya tərəfini prezidentin köməkçisi Yuri Uşakov və xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev təmsil edib.

Uitkoff son üç ayda dörd dəfə Rusiyaya səfər edib və sonuncu dəfə aprelin 25-də Putinlə görüşüb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
4
herbiand.az

5Mənbələr