Hindistan hava məkanını bütün Pakistan təyyarələri üçün bağlayıb.
Sitat.info xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.
Qərar "Pakistan Hava Yolları tərəfindən qeydiyyata alınmış, idarə olunan və icarəyə götürülmüş" bütün təyyarələrə şamil ediləcək.
Pakistan təyyarələri üçün hava məkanını bağlamaq qərarı aprelin 30-dan mayın 23-dək qüvvədə olacaq. Pakistan bir neçə gün əvvəl hava məkanını Hindistana bağlamışdı.