PSJ komandanın müdafiəçisi Markinyosu satmağa hazırdır.
İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı futbolçu ötən yaydan Səudiyyə Ərəbistanı klublarının maraq dairəsindədir. Futbolçu baş məşqçi Luis Enrikenin planlarına daxil deyil.
Bu mövsüm Markinyos parislilərin heyətində bütün turnirlərdə 38 oyun keçirib və 2 qol vurub. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt portalı futbolçunun dəyərini 40 milyon avro qiymətləndirir.