"Real"ın növbəti baş məşqçisinin Xabi Alonso olacağı gözlənilir.

Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis "kral klubu"nun rəhbərliyindən 2 oyunçu tələb edib. Bunlardan biri "Bayer"dəki oyunçusu Florian Virts, digər isə "Real Sosyedad"da çıxış edən Martin Subimendidir.

Bu barədə "AS" nəşri məlumat yayıb.

Bu iki oyunçudan başqa X. Alonso daha bir sabiq oyunçusu Conatan Tanı da Madrid klubunda görmək istəyir. 

Əlavə edək ki, Tanın "Bayer"lə müqaviləsi cari mövsümün sonunda bitir. Leverkusen klubu Virts üçün isə 100 milyon tələb edir.

Subimendinin isə sözləşməsində 60 milyon avroluq sərbəstqalma bəndi var.