AZ

Əgər özünüzü daim yorğun hiss edirsinizsə, bu pəhriz tam sizin üçündür

Əgər özünüzü daim yorğun hiss edirsinizsə,

Ketogenik pəhriz təkcə arıqlamaq üçün deyil, həm də stabil enerji və zehni balans üçün faydalı bir qidalanma modelidir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, diyetoloq Fatma Aybike Bozoklu, yay aylarında qan şəkərinin qəfil düşməsinin və ani aclıq böhranlarının qarşısını almaqda bu pəhrizin üstünlüklərini izah edib.

Ketogenik pəhrizdə əsas prinsip karbohidrat qəbulunu azaltmaq və yağları əsas enerji mənbəyinə çevirməkdir. Bu zaman orqanizm "ketoz" adlı metabolik vəziyyətə keçərək yağları enerji kimi istifadə edir. Yay mövsümündən əvvəl artıq çəkidən xilas olmaq istəyənlər üçün bu, təbii bir üstünlük yaradır.

“Qan şəkərindəki kəskin enmələr azalır”

Bozoklu bildirir ki, ketogenik pəhriz yüksək yağ və orta miqdarda zülalla toxluq hissini uzadır. Bu da tez-tez aclıq hissi və qan şəkərinin qəfil düşməsi kimi problemlərin qarşısını alır. Yayın gərgin və aktiv günlərində bu cür balanslı enerji səviyyəsi gün ərzində daha davamlı fəaliyyət imkanı yaradır. Eyni zamanda, işlənmiş şəkərlərdən uzaq qalmaq dəri sağlamlığına müsbət təsir göstərərək, daha parlaq və sağlam görünüşə dəstək verir.

Pəhrizdən maksimum fayda almaq üçün bəzi vərdişləri dəyişmək lazım gələ bilər. Bozoklu qeyd edir ki, "Əvvəlki karbohidrat alışqanlıqlarını tərgitmək başlanğıcda çətin görünə bilər. Lakin kələm əsaslı pizzalar və badam unundan hazırlanan desertlər kimi sağlam alternativlərlə bu model həm davamlı, həm də zövqlü olur."

Diyetoloq sonda vurğulayır: "Ketogenik pəhriz yay fəslinə daha enerjili başlamaq istəyənlər üçün əla seçim ola bilər. Lakin hər addım diqqətlə atılmalı, qidalanma fərdiləşdirilmiş şəkildə planlaşdırılmalıdır. Qida mütəxəssisi ilə məsləhətləşmək bu prosesin həm təhlükəsiz, həm də effektiv olmasını təmin edir."

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
0
e-saglam.az

1Mənbələr