AZ

“Neftçi”nin haqqı necə yeyildi?: “Hər iki epizodda hakim səhv qərar verib” – VİDEO

Misli Premyer Liqasının XXXIII turunda “Neftçi” səfərdə “Sumqayıt”la heç-heçə edib. Görüş 2:2 hesabı ilə sona çatıb. Qarşılaşmanın ardından matçda  yaşananlar bir neçə gündür müzakirələrə səbəb olub.

Belə ki, “Neftçi”li azarkeşləri oyunun hakimlərinin nəticəyə təsir edəcək səhvlər etdiyini bildirir. “Sumqayıt”ın cərimə meydançasında yaşanan bir epizodda ev sahibinin oyunçusu Alan Dias “Neftçi”nin futbolçusu Edvin Kuça sərt müdaxilə edir. Qonaqlar bu epizodda penalti gözləsələr də, referi Fərid Hacıyev oyunu davam etdirir.

Bunun ardından isə qarşılaşmanın 78-ci dəqiqəsində “ağ-qaralar”ın hücumçusu Bassalu Sambunun qolu ofsayd iddiası ilə ləğv edilir. Hər iki epizod da bir neçə gündür ciddi müzakirələrə səbəb olub. Epizodları dəyərləndirməsi üçün türkiyəli FİFA referisi Deniz Ateş Bitnelə müraciət etdik.

Həsən Quluzadə/İdmanxeber.az 

Seçilən
0
idmanxeber.az

1Mənbələr