Bakı, 1 may, AZƏRTAC
Aprel ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 126 nəfər qəbul edilib.
Bu barədə AZƏRTAC-a Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 68 nəfər dərman, 34 nəfər sirkə turşusu, 1-i spirtli içki, 6-sı ilan sancması, həmçinin 4 nəfər dəm qazı, 5 nəfər allergik reaksiya, 4 nəfər botulizm, 1 nəfər anafilaktik şok, 1 nəfər yandırıcı məhlul, 1 nəfər neft məhlulu, 1 nəfər isə yabanı bitkilərdən zəhərlənib.
Həkimlərin səylərinə baxmayaraq, onlardan 4-ü (3 kişi və 1 qadın) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.