Azərbaycan Basketbol Liqasında (ABL) III yerin sahibi bəlli olub. 

Offsideplus.az xəbər verir ki, "Şəki" klubu 2024/25 mövsümü üzrə çempionatın bürünc medalına yiyələnib. Belə ki, ABL-in mövsümün öncəsi tərtib olunan reqlamentin 10.4-cü maddəsinə (Mövsümün yekununda Liqada yerlərin bölüşdürülməsi) əsasən, yarımfinalda oynayan komandalardan müntəzəm birinciliyi daha çox xalla bitirmiş komanda 3-cü yerin sahibi sayılır.

Yarımfinalçı "Şəki" isə B qrupunu 36 xalla 1-ci, digər yarımfinalçı "Abşeron" isə A qrupunu 28 xalla 4-cü bitirib. Bu səbəbdən "Şəki" cari mövsümü 3-cü, "Abşeron" isə 4-cü pillədə başa vurub.

Xatırladaq ki, "Sabah" və "Neftçi" komandaları arasında keçiriləcək final seriyası 2, 4, 6 və 8 may tarixlərində baş tutacaq. Bütün oyunlara Bakı İdman Sarayı ev sahibliyi edəcək. Qalibin müəyyənləşməsi üçün seriya 4 qələbəyədək davam edəcək.