"Mançester Yunayted"in əfsanəvi futbolçusu Ueyn Runi Çempionlar Liqasının yarımfinal mərhələsinin "Arsenal" - PSJ matçı ilə bağlı təəssüratlarını bölüşüb.
Fanat.Az xəbər verir ki, "BBC Sport" Runinin dediklərini belə təqdim edib:
"PSJ "Arsenal"ı iki və ya üç top fərqi ilə məğlub edə bilərdi. Londonluların oyunundan və azarkeşlərin münasibətindən bir qədər məyus oldum. Onlar depressiyaya düşmüşdülər. Belə görünür ki, "topçular" “Real”ı məğlub etdikləri üçün finala rahat yüksələcəklərini düşünürlər”.
Qeyd edək ki, Londonda baş tutan görüş 1:0 hesabı ilə Fransa klubunun xeyrinə başa çatıb. Tərəflərin Parisdəki görüşü mayın 7-də baş tutacaq.
Mirağa