AZ

Taker Karlson: Ukraynanın Trampa sui-qəsd cəhdində əli ola bilər...

Ötən il ABŞ prezidenti Donald Trampa sui-qəsddə Ukraynanın əli ola bilər...

Poliqon xəbər verir ki, bunu amerikalı jurnalist Taker Karlson həmkarı Meqin Kelliyə müsahibəsində deyib.

“Düşünürəm ki, ukraynalıların Floridadakı qolf meydançasında sui-qəsd cəhdində əli olması olduqca aydındır”, deyə məşhur jurnalist bildirib.

Qeyd edək ki, daha əvvəl Karlson Ukrayna lideri Vladimir Zelenskini ABŞ-nin düşməni adlandırmışdı.

Karlsonun iddasına görə, Zelenski hökuməti “son dərəcə qəddardır”, çünki digər şeylərlə yanaşı, Kiyev Amerika silahlarını “şübhəli qruplara” yenidən satır.

Xatırladaq ki, Taker Karlson Rusiyaya və Putinə xüsusi rəğbətlə yanaşır.

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr