AZ

Qazaxıstan klubunda milyonlarla pul yeyintisi olub - Prokurorluq üzə çıxardı

Qazaxıstan Baş Prokurorluğu "Aktobe" futbol klubunda yoxlama aparılıb.

Fanat.Az xəbər verir ki, Aktobe vilayəti prokurorluğunun məlumatını "Sport24.kz" yayıb.

Yoxlama zamanı 250 milyon tenge (təxminən 8,3 milyon manat) məbləğində maliyyə pozuntuları aşkar edilib. Klubun oyunçu transferləri və hava yolları ilə bağlı şübhəli sövdələşmələrində yeyinti üzə çıxıb.

Bundan başqa, müəyyən edilib ki, futbolçuların qidalanması üçün ayrılan vəsait klub rəhbərliyinin şəxsi ehtiyaclarına sərf olunub. İstintaqın nəticələrinə əsasən, üç cinayət işi açılıb: mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və dələduzluq maddələri.

İşlər Korrupsiyaya Qarşı Mübarizə Xidmətinə verilib, istintaq davam edir.

Seçilən
0
fanat.az

1Mənbələr