AZ

Halk Neymarı ötüb keçdi - İlk "10-luq"

Hazırda "Atletiko Mineyro"da çıxış edən Halk karyerasında vurduğu qol sayına görə "Santos"un futbolçusu Neymarı ötüb.

Fanat.Az "Globo"ya istinadən xəbər verir ki, o, buna Braziliya kubokunun 1/16 finalı çərçivəsində "Malinqa" ilə oyunda (2:2) fərqlənməklə nail olub.

Bu, braziliyalının karyerasında 443-cü qol olub.

Beləliklə, Halk dünyanın hazırda karyerasını davam etdirən qolçuları siyahısında 9-cu yerə yüksəlib. Neymarın hesabında 442 qol var. Lider 934 qolla Kriştianu Ronaldudur.

Kriştianu Ronaldu - 934 
Lionel Messi - 858 
Robert Levandovski - 710 
Luis Suares - ​​587
Kərim Benzema - 494 
Edinson Kavani - 462 
Harri Keyn - 447
Edin Ceko - 446
Halk - 443
Neymar - 442

Seçilən
0
fanat.az

1Mənbələr