
2025-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 47 ölkəsinə 4,7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 13% azalma deməkdir.Təkcə mart ayında isə Azərkosmos 43 ölkəyə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Bu göstəricilər, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ölkələrin sayında artım, lakin gəlirlərdə azalma olduğunu göstərir.Peyk telekommunikasiya xidmətlərinin ixracının əsas istiqamətləri arasında Birləşmiş Krallıq, Lüksemburq, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan və Almaniya yer alır.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Sima Acan – Kanadada seçilmiş ilk türk əsilli deputat oldu
Oliver Stoun: Son üç ildə Qərbdən məyus oldum
Qəzzada Aclıq Səssizcə Öldürür: İcma Mətbəxləri Bağlanmaq Üzrədir - FOTO - VİDEO