Futbol üzrə II Liqada çempionluq uğrunda mübarizə aparan "Şahdağ Qusar" və "Şəfa" arasında bilet qalmaqalı davam edir.

Offsideplus.az xəbər verir ki, "Şahdağ Qusar" mayın 4-də Bakıda ASK Arenada "Şəfa" ilə görüş üçün ayrılmış 745 biletin hamısını geri qaytarıb.

Buna səbəb biletlərin II Liqa matçı üçün baha - 10 manata satılmasıdır.

Qusar təmsilçisi paytaxtda azarkeşsiz oynamaq qərarına qəlib.

"Şəfa" rəhbərliyi geri qaytarılan 745 bileti satışa çıxarıb.

Qeyd edək ki, qaydalara əsasən, meydan sahibləri qonaq komandaya tribunadakı yerlərin 20 faizi qədər bilet ayırmalıdır.