AZ

"Bavariya"nı "Monako"ya dəyişir

style='margin-bottom:10px;'>

Mövsümün sonunda "Bavariya" ilə müqaviləsi başa çatan Erik Dayer Münhen klubundan ayrılacaq.

QOL.az xəbər verir ki, ingiltərəli müdafiəçi karyerasını Fransada davam etdirəcək.

"L'Equipe" nəşri onun "Monako" ilə anlaşdığını yazıb. Dayerin Liqa 1 klubu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacağı bildirilib.

Qeyd edək ki, "Bavariya" Erik Dayeri ötən ilin yanvar ayında "Tottenhem"dən transfer edib. 31 yaşlı futbolçu bu mövsüm Münhen təmsilçisinin heyətində 25 rəsmi matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Seçilən
0
teleqraf.com

1Mənbələr