“Real”ın futbolçuları Ferland Mendi və David Alaba əməliyyat olunub.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mendi sağ budundan, Alaba isə sol dizindən əməliyyat edilib.
Onlar yayda keçiriləcək Klublararası Dünya Çempionatında iştirak etməyəcək.