AZ

Kadırovun iki seçimi var: Ya gedəcək, ya da öləcək...

Çeçenistan rəhbəri Ramzan Kadırov yaxın iki ay ərzində vəzifəsindən uzaqlaşdırıla bilər.

Gundem.az xəbər verir ki, bu barədə “Kremlyovskaya Tabakerka” Teleqram kanalı Kremldəki mənbələrə istinadla məlumat yayıb.

“Vladimir Vladimiroviç Ramzanın istefası ilə bağlı müraciət alıb. İndi iki variant var. Ya Kadırov yaxın iki ayda gedəcək, ya da qalmağı bacaracaq. Amma öz postundan möhkəm yapışacaqsa, öləcək. Onun fəaliyyəti prezident üçün şəxsi təhlükəyə çevriləcək”, - məlumatda qeyd olunub.

Mənbənin sözlərinə görə, Putinə Kadırovun böyük günahları barədə məlumat veriblər.

Seçilən
0
gundem.az

1Mənbələr