AZ

KİV: “Tesla” şirkətinin Direktorlar Şurası yeni rəhbər axtarır

“Tesla” şirkətinin Direktorlar Şurası şirkətin təsisçisi İlon Maskı əvəz edəcək yeni baş direktor axtarmağa başlayıb.

“Report” xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Məlumata görə, bu, “Tesla”nın səhmlərinin düşməsi və Maskın Amerika hökumətinin səmərəliliyini artırmaq üçün şöbənin kuratoru kimi fəaliyyətinə çox diqqət yetirdiyi investorların bir hissəsinin narazılığından qaynaqlanır. Direktorlar Şurasının üzvləri əvvəllər Maskdan “Tesla”nın işləri ilə daha fəal məşğul olmağı xahiş etmişdilər, lakin varis axtardıqlarını ona bildirdikləri məlum deyil.

Seçilən
0
report.az

1Mənbələr