Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti tərəfindən“Maliyyə institutlarında cinayət yolu ilə əldə edilmiş əmlakınleqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləviqırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsiüzrə institusional risk qiymətləndirilməsinin aparılmasına dairMetodoloji Rəhbərlik” təsdiqlənib.
Trend-ə bubarədə AMB-dən məlumat verilib.
Bildirilib ki, sözügedən sənədin əsas məqsədi, maliyyəinstitutlarına cinayət yolu ilə əldə edilmiş əmlakınleqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, kütləviqırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsiüzrə institusional risklərin qiymətləndirilməsi prosesindəistiqamət vermək və bu sahədə metodoloji bilikləringücləndirilməsinə dəstək olmaqdır.
Qeyd edilən metodoloji yanaşmalar yerli qanunvericilik tələblərinəzərə alınmaqla beynəlxalq təcrübəyə əsaslanır və riskqiymətləndirilməsinin həyata keçirilməsinə mümkün yanaşmanı ehtivaedir.
Qeyd edək ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakınleqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşımübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 21.7-cimaddəsinə əsasən maliyyə institutları illik əsasla cinayət yolu iləəldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğunmaliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması vəyayılmasının maliyyələşdirilməsi üzrə institusional risklərimüəyyən etməli, qiymətləndirməli, qiymətləndirmə nəticələrinisənədləşdirməli və nəzarət orqanına təqdim etməlidir. Həmçininmaliyyə institutları öz daxili qayda və prosedurlarına uyğun olaraqbu istiqamətdə risklərin idarə olunması, aradan qaldırılması və yaazaldılması üçün tədbirlər görməlidirlər.
”Metodoloji Rəhbərlik” mətni ilə bu keçiddən istifadə etməklə tanış olabilərsiniz.