AZ

Azərbaycanla İsrail arasında ticarət əməliyyatları azalıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanla İsrail arasındaticarət əməliyyatlarının həcmi 15,7 milyon ABŞ dolları təşkiledib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 616,5 milyon ABŞ dolları və ya 40,2 dəfə azdır.

Hesabat dövründə İsrail ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 0,13%-i həcmində olub.

Cari ilin yanvar-mart aylarında Azərbaycandan İsrailə 12 milyondollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü iləmüqayisədə 614 milyon ABŞ dolları və ya 52,1 dəfə azdır.

Eyni zamanda, hesabat dövründə İsraildən Azərbaycana 3,7 milyonABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 milyon ABŞ dolları və ya39,9% azalma deməkdir.

2024-cü il ərzində Azərbaycan və İsrail arasında ticarətəməliyyatlarının həcmi 765,2 milyon ABŞ dolları həcmində olub ki,bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 678,3 milyon ABŞdolları və ya 47% azdır.

Ötən il İsrail ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarətdövriyyəsinin 1,61%-i həcmində olub. Bununla da İsrail 2024-cü ilərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələrsırasında 12-ci pillədə qərarlaşıb.

Belə ki, ötən il Azərbaycandan İsrailə 733,5 milyon dollarlıqməhsul ixracı qeydə alınıb. Bu, 2023-cü ildəki göstərici iləmüqayisədə 668,1 milyon ABŞ dolları və ya 47,7% azdır.

Eyni zamanda, 2024-cü ildə İsraildən Azərbaycana 31,7 milyon ABŞdolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2023-cüildəki göstərici ilə müqayisədə 10,2 milyon ABŞ dolları və ya 24,4%azalma deməkdir.

Bundan əlavə, ötən il İsrail Azərbaycandan ən çox neft alışıhəyata keçirən ölkələr sırasında 6-cı pillədə qərarlaşıb.

Belə ki, 2024-cü ildə Azərbaycandan sözügedən ölkəyə 713,3milyon ABŞ dolları dəyərində 1,2 milyon ton bitumlu süxurlardanalınmış xam neft və xam neft məhsulları ixrac olunub. Bu isə2023-cü ildəki göstərici ilə müqayisədə dəyər ifadəsində 681 milyonABŞ dolları və ya 48,8%, həcm ifadəsində isə 1,1 milyon ton və ya48,3% azalma deməkdir.

Seçilən
2
az.trend.az

1Mənbələr