“Real”ın baş məşqçisi Karlo Ançelotti Braziliya Futbol Konfederasiyası (CBF) ilə danışıqlar aparsa da, Madrid klubu müqaviləni əngəlləyib.
İdmanxeber.az-ın məlumatına görə, prezidenti Florentino Peres mütəxəssisin ayrılmasını istəmir. Ançelottinin iyunun 15-dən iyulun 13-dək keçiriləcək 2025-ci il Klublararası Dünya Çempionatının sonuna qədər klubda qalacağını gözləyir.
33 turdan sonra “Real” La Liqanın turnir cədvəlində lider “Barselona”dan 4 xal geri qalaraq 2-ci yerdədir. Komanda Çempionlar Liqasının 1/4 finalında da “Arsenal”a uduzub, İspaniya kubokunun finalında isə “Barselona”ya məğlubiyyətlə üzləşib.