Rusiyalı teleaparıcı və prodüser Yana Rudkovskaya Astanada daşınmaz əmlak alıb.
Publika.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın “Vətəndaşlar üçün Hökumət” dövlət korporasiyasının mətbuat xidməti yayıb.
Qazaxıstan əsilli Rudkovskaya sosial şəbəkədə yazıb: "Görürsünüz ki, indi çoxları evi Dubayda alır, amma mən Qazaxıstanı seçirəm. Mən Astananı seçirəm", - deyən ulduz şəhərin son illərdə transformasiyaya uğradığını vurğulayıb.
"Doqquz il əvvəlki Astananı xatırlayıram. Astana necə dəyişib... Mən doqquz il orada olmamışam, fantastikdir. Bilirsiniz, "Dubay inkişaf edir" deyirlər. Niyə heç kim Astananın necə inkişaf etdiyi barədə danışmır? Doqquz ildə belə bir sıçrayış. Nə təmiz şəhərdir", - deyə prodüser fikrini yekunlaşdırıb.