BAKI, 30 aprel. TELEQRAF
Londonda (Böyük Britaniya) müharibəyə son qoymaq üçün aparılan danışıqlar çərçivəsində Ukrayna və ABŞ 22 konkret addımdan ibarət şərtlərin siyahısını tərtib edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq məlumat verib.
Amerika rəsmisi qeyd edib ki, Kiyev və Vaşinqton müharibəni dayandırmaq üçün şərtlərin siyahısını razılaşdırıb.
Rusiyanın müharibədə qalib gəldiyini iddia edən xarici işlər naziri Sergey Lavrova isə Kelloq belə cavab verib:
“Rusiya bu müharibədə qalib gəlmir. Son il yarım ərzində Rusiya heç bir uğur əldə etməyib, yüz minlərlə əsgərini itiriblər, kilometrlərlə yox, metrlərlə irəliləyirlər. Ukraynalılar isə öz torpaqlarında şiddətlə döyüşürlər. Ona görə də Rusiyanın qalib gəldiyini demək həqiqətə uyğun deyil”.
Diplomat vurğulayıb ki, Rusiya vəziyyətin dəyişdiyini dərk etməlidir:
“Ukrayna yaxşı vəziyyətdədir, avropalı tərəfdaşlar isə ABŞ-nin iştirakı olmadan, xüsusən də Britaniya və Fransanın rəhbərliyi altında güclənir və dəstək qüvvələri formalaşdırırlar. Onlar lazım gələrsə, Ukraynaya dəstəyi artırmağa hazırdırlar”.
Kelloq qeyd edib ki, bu müharibədə heç kim hərbi yolla qalib gəlməyəcək, yeganə yol diplomatiyadır: “Ukraynalılar bunu anlayırlar, ruslar da başa düşməlidirlər”.