AZ

Tim Kuk ABŞ-dakı iPhone zavodunda əcnəbiləri işə götürmək istəmir

ABŞ-ın ticarət naziri Hovard Lutnik "Apple"ın "iPhone" istehsalını ABŞ-a köçürməyə hazır olduğunu bildirib. Lakin bunun üçün "Apple" lazımi "robotik manipulyatorlar"ın meydana çıxmasını gözləyir...

Poliqon xəbər verir ki, bu barədə 9to5Mac məlumat yayıb.

"iPhone" yığımının Kaliforniyaya köçürülməsinin vaxtı ilə bağlı sualı cavablandıran Latnik "Apple"ın ABŞ istehsalına, o cümlədən süni intellekt serverləri və Texasdakı yeni zavoda 500 milyard dollar investisiya etmək öhdəliyinə istinad edib. Nazir daha sonra bildirib ki, bu yaxınlarda "Apple"ın baş direktoru Tim Kuk ilə danışıb və ona ABŞ-da "iPhone" istehsalı ilə bağlı sual verib.

Latnik iddia edir ki, Tim Kuk ona Amerikada "iPhone"u yığmaq üçün robot qollara ehtiyac duyduğunu və xarici işçilərin işə götürülməsinin şirkətin ən böyük riski olduğunu deyib. Latnik həmçinin Kukun ABŞ-dakı "iPhone" yığma zavodlarında işlərin əl əməyini əhatə etməyəcəyi barədə sözlərini də çatdırıb - amerikalılar yalnız istehsalı idarə edən texniklər rolunu yerinə yetirəcəklər.

Latnik Kukun sözlərini sitat gətirib: "Mən istehsalı bura gətirməyimə imkan verəcək miqyasda və dəqiqliklə etmək üçün robot qollara sahib olmalıyam. Və onun mövcud olduğunu görən gün bura gələcək, çünki bütün bu xarici işçiləri işə götürməyi sevmirəm. Bu, mənim ən böyük riskimdir".

Latnik həmçinin istehsalın ABŞ-a daşınsa belə, "iPhone"un qiymətinin ikiqat artmayacağına əminliyini ifadə edib.

Poliqon.info

Seçilən
2
poliqon.info

1Mənbələr