AZ

Sistit böyrəklərə zərər verə bilər – Mütəxəssisdən xəbərdarlıqlar

İdrar yolu infeksiyaları arasında ən çox rast gəlinən növ olan sistit, hər 10 qadından 6-sında müşahidə edilir. Müxtəlif səbəblərlə ortaya çıxan bu narahatedici hal düzgün müalicə proqramı ilə aradan qaldırıla bilər. Lakin sistit vaxtında və düzgün müalicə olunmadıqda infeksiya böyrəklərə yayıla bilər və ciddi sağlamlıq probleminə çevrilə bilər.

 

Pravda.az təkrarlayan xroniki sistitlərlə bağlı məlumatları təqdim edir:

 

Sistit niyə təhlükəlidir?

 

Sistit - sidik ifrazı zamanı yanma, ağrı və tez-tez sidiyə çıxma ilə özünü göstərən bir idrar yolu infeksiyasıdır. Xüsusilə qadınlarda anatomik quruluş səbəbindən kişilərə nisbətən daha sıx görülür. Əgər vaxtında düzgün müalicə olunmazsa, böyrəklərə keçərək həyati risk yarada bilər.

 

Sistit iki əsas növdə müşahidə olunur:

 

Mikrobik sistitlər (kəskin və ya xroniki)

 

Mikrobik olmayan sistitlər

 

Sistit əlamətləri:

 

Sidik ifrazı zamanı yanma və ağrı

 

Tez-tez və az-az sidiyə çıxma

 

Sidikdə qan izləri

 

Qarın alt hissəsində ağrı və narahatlıq

 

Sidiyə çıxma zamanı çətinlik

 

Xroniki sistitin səbəbləri:

 

Təkrarlanan sistitin arxasında aşağıdakı problemlər ola bilər:

 

Sidik yollarında daş və ya şişlər

 

Sidiyin böyrəyə geri axması (reflü)

 

Prostat vəzin böyüməsi (kişilərdə)

 

Sidik kisəsinin sallanması (qadınlarda)

 

Sidik kanalında darlıq, sidiyə getmə pozğunluğu

 

Xroniki qəbizlik

 

Menopauza dövrü

 

Vaginal infeksiyalar və hormonal dəyişikliklər

 

Ağrılı mesane sindromu:

 

Mikrobik olmayan sistit olan bu vəziyyətdə ən vacib əlamət ağrıdır.

 

Bu sindrom zamanı mesane divarı qalınlaşır və onun normal işləməsi çətinləşir. Ağrı sidik ifrazından sonra azalır, lakin sidik uzun müddət saxlanıldıqda artaraq qanamaya səbəb ola bilər. Bakterial səbəblər olmadığı üçün antibiotiklər təsir etmir.

 

Sistiti necə qarşısını almaq olar? 

 

Bol su için – Gündəlik bol maye, xüsusilə də su qəbul edin.

 

Sidik ifrazını gecikdirməyin – Sidiyə getmək istəyini saxlamayın.

 

Təmizlik qaydalarına riayət edin – Tualetdən sonra ön hissədən arxaya doğru silin.

 

Vanna əvəzinə duş alın – Duş alma infeksiya riskini azaldır.

 

Genital bölgəni yumşaq şəkildə təmizləyin – Sərt sabunlardan və güclü yuma üsullarından çəkinin.

 

Cinsi əlaqədən sonra sidiyə çıxın və su için – Bakteriyaların atılmasına kömək edir.

 

Dezodorant və kimyəvi məhsullardan uzaq durun – Bu məhsullar üretraya və mesanəyə zərər verə bilər.

 

Əminə Bayramova

Tarix: 30 Aprel 2025, 11:15   
Seçilən
3
pravda.az

1Mənbələr