AZ

Modi Pakistana hücum hazırlığı ilə bağlı kabinetin toplantısını çağırıb

Hindistanın baş naziri Narendra Modi bu gün, aprelin 30-da siyasi məsələlərlə bağlı Nazirlər Kabinetinin iclasını keçirəcək...

Poliqon xəbər verir ki, bu barədə “The Economic Times” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, kabinetin toplantıları Hindistanın iqtisadi və siyasi strategiyalarının formalaşmasında həlledici rol oynayır və iclasın çağırılması vəziyyətin ciddiliyindən xəbər verir vurğulayır.

Nəşr qeyd edir ki, Nazirlər Kabinetinin iclası Pakistanın Hindistanın 24-36 saat ərzində ölkə ərazisinə hərbi zərbə endirmək niyyətində olduğuna dair iddiaları fonunda keçirilir. Pakistan tərəfininiddalarına görə, aprelin 22-də baş vermiş Pahalqam terror hadisəsi hücum üçün bəhanə kimi istifadə olunacaq.

Poliqon.info

Seçilən
3
poliqon.info

1Mənbələr