AZ

Prezident İlham Əliyev İsrail Prezidentini təbrik etdi

Bakı. Trend:

Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxakHersoqa təbrik məktubu ünvanlayıb.

Trend xəbərverir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

İsrail Dövlətinin milli bayramı – Müstəqillik Günü münasibətiləSizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycanxalqı adından ən səmimi təbriklərimi və xoş arzularımıçatdırıram.

Azərbaycan ilə İsrail arasında mövcud olan dostluq əlaqələrininvə əməkdaşlığın yüksək səviyyəsi xalqlarımızın tarixi bağlılığının,bir-birinə bəslədiyi hörmətin və rəğbətin bariz ifadəsidir.Qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuşAzərbaycan-İsrail dövlətlərarası münasibətlərinin dinamik vəhərtərəfli inkişaf etməsi məmnunluq doğurur.

Azərbaycan yaxın dostu və etibarlı tərəfdaşı olan İsrail iləmünasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir. Bu günölkələrimiz iqtisadiyyat, ticarət, müdafiə, humanitar və digərsahələrdə səmərəli qarşılıqlı fəaliyyət göstərirlər. Cari ilinyanvarında Davosda Sizinlə görüşümüzü, apardığımız fikirmübadiləsini və müzakirələri ən xoş təəssüratlarlaxatırlayıram.

İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı ənənəvi dostluqmünasibətləri, bir sıra mühüm sahələrdə qarşılıqlı faydalıəməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgəsəylərimizlə qarşıdakı dövrdə də yüksələn xətt üzrə inkişaf edəcəkvə daha da möhkəmlənəcəkdir.

Belə bir bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,işlərinizdə uğurlar, dost İsrail xalqına sülh, əmin-amanlıq vərifah diləyirəm".

Seçilən
3
49
az.trend.az

2Mənbələr