AZ

Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

TBİLİSİ, 30 aprel. TELEQRAF

Gürcüstan həbsxanalarında 109 nəfər Azərbaycan vətəndaşı cəza çəkir.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin mart ayı üzrə hesabatından məlum olur.

Fevral ayı ilə müqayisədə vətəndaşlarımızın sayı 7 nəfər artıb.

Hesabata əsasən, vətəndaşlarımızın 31-i ittiham olunan, 78-i isə məhkumdur. Təqsirləndirilənlərin 30-u kişi, 1-i qadın, məhkumların isə 61-i kişi, 17-si isə qadındır.

Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı isə 51 nəfər təşkil edir. Aylıq müqayisədə onların sayı 3 nəfər artıb. Həmin şəxslərin 43-ü kişi, 7-si qadın, 1-i isə yeniyetmə oğlandır.

Qonşu ölkədə həbsxanalarda saxlanılan xarici ölkə vətəndaşlarının ümumi sayı 1 082, probasiya nəzarətində olan əcnəbilərin sayı isə 485 nəfərdir.

Seçilən
1
teleqraf.com

1Mənbələr