Bakı, 30 aprel, AZƏRTAC
Braziliya millisinin sabiq futbolçusu Halk qol sayına görə "Santos"un hücumçusu Neymarı ötüb.
AZƏRTAC xəbər verir ki, 38 yaşlı forvard "Atletiko Mineyro"un heyətində Braziliya Kubokunun “Malinqa” ilə keçirilmiş 1/16 final matçında karyerasının 443-cü qoluna imza atıb.
Bununla da Halk vaxtilə yığmada birlikdə çıxış etdiyi Neymarı (442 qol) geridə qoyaraq, dünyada karyerasını davam etdirən bombardirlər siyahısında 9-cu pilləyə yüksəlib.
Qeyd edək ki, siyahıya 934 qolla Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduz futolçusu Kriştianu Ronaldu başçılıq edir.