AZ

Banqladeş Azərbaycana birbaşa hava reyslərinin açılması təşəbbüsünü irəli sürüb

Bakı. Trend:

Banqladeş Dəkkə ilə Bakı arasında birbaşa aviareyslərin açılmasıtəşəbbüsü ilə çıxış edib.

Trend xəbər verirki, təklif Azərbaycanın xarici işlər nazirinin müavini ElnurMəmmədovun Banqladeş xarici işlər naziri Caşim Uddinlə keçirdiyigörüşdə səsləndirilib.

Dəkkədə keçirilən ikitərəfli müşavirələrin ikinci raunduçərçivəsində danışıqlar aparılıb. Müzakirə predmetlərindən biri dəBanqladeş vətəndaşlarının Azərbaycana səfər edən zaman viza iləbağlı üzləşdikləri çətinliklər olub. Caşim Uddin bu problemindayanıqlı həlli yolunu tapmağa çağırıb.

Tərəflər əsas sahələrdə, o cümlədən, ticarət, investisiya,enerji, aviarabitə, kadr hazırlığı, eləcə də, diplomat və dövlətqulluqçuları üçün qarşılıqlı olaraq viza tələbinin ləğv olunmasıilə bağlı bir sıra Anlaşma memorandumlarının imzalanması ilə bağlırazılığa gəliblər.

Eyni zamanda, mütəmadi dialoq və ikitərəfli ticari əlaqələringenişləndirilməsinə dəstək məqsədilə ticarət üzrə Birgə işçi qrupunyaradılması ilə bağlı razılıq əldə edilib.

Məqalədə:
Seçilən
1
az.trend.az

1Mənbələr