Avropa Məhkəməsi Malta barədə qərar verib. Belə ki, məhkəmə bu ölkənin xarici vətəndaşlara vətəndaşlıq verilməsi ilə bağlı "qızıl pasport" proqramını bağlamaq qərarına gəlib. Qərarda qeyd olunur ki, Avropa İttifaqı (Aİ) ölkələrində vətəndaşlıq satıla bilməz.
Qeyd olunur ki, Avropada zəngin şəxslərə vətəndaşlıq almaq imkanı verən bu cür proqramlar geniş yayılsa da, son illərdə onların transmilli cinayətkarlığa və sanksiyalardan yayınmağa şərait yaratdığı ehtimal olunur. Bu səbəbdən proqramlara qarşı hüquqi və siyasi addımlar atılır.
Mətləb Salahov