AZ

Tbilisi bazarında baş verən güclü yanğın söndürülüb

Tbilisidə metronun "Vokzal meydanı" stansiyası yaxınlığındakı bazarda səhər tezdən baş vermiş böyük yanğın söndürülüb, Baş Yanğın və Xilasetmə Xidmətinin rəisi Levan Museliani bildirib. Bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Səhər saat 6 radələrində baş verən yanğının söndürülməsinə 30-a yaxın yanğınsöndürmə və xilasetmə texnikası, eləcə də canlı qüvvə cəlb olunub. Hadisə şahidlərinin sözlərinə görə, yanğın ikinci mərtəbədəki ayaqqabı mağazasında başlayıb.

"Yanğınsöndürənlərin vaxtında reaksiyası sayəsində yanğını lokallaşdırmaq və söndürmək mümkün olub. Hazırda yanğın söndürülüb, tüstülənən ərazilər yenidən nəzarət olunur", - Museliani bildirib.

Yanğının təxminən 15 min kvadratmetr sahəsi əhatə etdiyini söyləyib.

Hazırda qalan yanğınların söndürülməsi istiqamətində işlər davam etdirilir, yanğının səbəbi hələlik məlum deyil. Ölən və yaralananlar barədə məlumat yoxdur.

Almaz Həsənli

Seçilən
3
oxumeni.az

1Mənbələr