Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu "Real"ın (İspaniya) braziliyalı hücumçusu Vinisius Junioru transfer etmək üçün böyük məbləğ xərcləməyə hazırdır.
"Report" xəbər verir ki, bu barədə "Sport Zone" məlumat yayıb.
24 yaşlı hücumçunun nümayəndələri ilə əlaqə saxlayan klubun rəhbərliyi bu müqaviləyə rekord məbləğ - 800 milyon avro xərcləməyə hazır olduqlarını bildirib. Məbləğə transfer dəyəri, maaş və bonus ödənişləri daxil olacaq.
Lakin futbolçu karyerasını "Real"da davam etdirmək niyyətindədir. V.Juniorun İspaniya təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir. Onun transfer dəyəri 200 milyon avro olaraq qiymətləndirilir.