AZ

Sərkisyan və Köçəryandan Paşinyana qarşı növbəti cəhd: İmpiçment etmək istəyirlər

BAKI, 30 aprel. TELEQRAF

Bir neçə gün öncə sabiq səfir Edqar Qazaryan və “Veto” hərəkatının rəhbəri Narek Malyan Ermənistan Baş naziri Nikol Paşinyana qarşı impiçment prosesinin başlanması üçün 107 parlamentariyə məktub göndərib. Layihənin parlamentin müzakirəsinə çıxarılması üçün 36 deputatın imzası lazımdır.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Parlamentdə həmçinin heç bir fraksiya üzvü olmayan 5 deputat var: “Şərəfim Var” blokunu tərk etmiş İşxan Zakaryan, “Ermənistan” blokunun keçmiş üzvü Qeqam Nazaryan və hakim “Vətəndaş Müqaviləsi” Partiyasından xaric edilmiş, yeni partiya yaradan Ovik Ağazaryan və Akop Aslanyan. Sonuncular yeni partiyanın təsis qurultayını gözləyirlər.

Ağazaryan nəşrə bildirib ki, impiçment təşəbbüsünə qoşulmayacaqlar.

“Bu kontekstdə yeni yaradılmış partiyamızın yanaşmalarında heç bir dəyişiklik yoxdur, Serj Sərkisyan və Robert Köçəryanın ətrafında toplanmış qüvvələrə qoşulmuruq”.

Seçilən
3
1
teleqraf.com

2Mənbələr