Bakı, 30 aprel, AZƏRTAC
Fransanın “Monako” komandası yeni futbolçu ilə anlaşıb.
AZƏRTAC xəbər verir ki, Liqa 1 təmsilçisi Almaniya “Bavariya”sının müdafiəçisi Erik Dayerin keçidini həll edib. Tərəflər bütün şərtlərdə razılığa gəliblər. İngiltərəli oyunçu yeni komandası ilə 2027-ci ilin yayınadək müqavilə imzalayacaq.
Qeyd edək ki, Erik Dayer 2024-cü ildən “Bavariya”da çıxış edir.