Bakı. Trend:
OPEC yaxın gələcəkdə neftə olan tələbin zirvəyə çatacağınıgözləmir.
Bunu Trend-əverdiyi özəl müsahibədə təşkilatın baş katibi Heysəm Əl Qeysbildirib.
“Bunun bir neçə səbəbi var. Birincisi demoqrafik və iqtisaditendensiyalarla əlaqədardır. 2050-ci ilə kimi dünya əhalisininsayının 9.7 milyard nəfərə çatacağı gözlənilir. Urbanizasiyaprosesi sürətlənəcək və qeyd olunan zamana qədər əhalinin üçdəikisi şəhərlərdə yaşayacaq. Bundan başqa, 2050-ci ilə qədər dünyaiqtisadiyyatı, proqnozlara əsasən, iki dəfə böyüyəcək. Artıq2030-cu ilə qədər dünya əhalisinin beşinci milyardı orta sinifəqoşulacaq - müqayisə üçün deyim ki, bu gün onların sayı dördmilyardan çoxdur”, - deyə o bildirib.
Baş katib vurğulayıb ki, bu proseslər enerji istehlakınınəhəmiyyətli dərəcədə artması ilə müşayiət olunacaq, bu isə neftətələbatın da artması deməkdir.
“2050-ci ilə qədər, bizim proqnozlara görə, dünyada enerjiistehlakı 24% artacaq, neftə olan tələb isə günə 120 milyon barreliötəcək. Əslində, artıq elə bu gün dünya əvvəlkindən daha çox bütünenerji növlərini – daş kömür, neft, qaz, odun, elektrik enerjisi –istehlak edir”, - deyə Əl Qeys bildirib.
O əlavə edib ki, bir enerji mənbəyinin artımı digər enerjinövlərinin də artımını stimullaşdırır:
“Misal üçün, neft məhsulları ilə işləyən texnika, həmçinin, neftəsaslı materiallar istehsalatda, eləcə də, külək turbinlərinin,günəş elektrik stansiyalarının, bərpa olunan enerjinin digərobyektlərində geniş istifadə olunur. Neft məhsulları litium-ionbatareyalarının istehsalı üçün də vacibdir, həmçinin, ondanelektrik şəbəkə infrastrukuturunun bütün zəncirində istifadəolunur”.
“Bundan başqa, bizim gündəlik olaraq istifadə etdiyimiz bir çoxneft və neft-kimya məhsullarını da yaddan çıxarmamalıyıq. Bu,benzin, dizel yanacağı və ya aviasiya nefti ilə çalışannəqliyyatdır; noutbuk, kompüter, televizorların hazırlandığıplastikdir; xəstəxanalarda istifadə olunan tibbi məmulatlar vəavadanlıqlardır; qida məhsullarını saxlayan qablaşdırmalardır, kəndtəsərrüfatı məhsulları və məişət mallarıdır. Bütün bunlar neftətələbatın artmaqda davam edəcəyini göstərir”, - deyə Əl-Qeysbildirib.
OPEC qərarlarına təsir edən yenitendensiyalar
OPEK baş katibi qeyd edib ki, təşkilat mütəmadi olaraq bazarproqnozlarının monitorinqini və onlara yenidən baxılmasını həyatakeçirir.
“Bu, OPEC Katibliyinin gündəlik işinin bir hissəsidir. Hazırdabiz qlobal iqtisadi artım perspektivi ilə bağlı nikbinliyimiziqoruyub saxlayırıq: 2025-ci ildə onun 3% civarında olacağıproqnozlaşdırılır, 2026-cı ildə isə 3,1%.
Bununla yanaşı, neftə illik tələbat artımının hər iki il üzrəsutkada 1,3 milyon barel təşkil edəcəyi gözlənilir. Lakin biz hələdə bir çox qeyri-müəyyənlik faktorlarını nəzərə alırıq”, – deyə obildirib.
Onun sözlərinə görə, qısamüddətli perspektivdə əsas risklərarasında ABŞ ilə əsas ticarət tərəfdaşları arasında sazişlərinimzalanacağına dair gözləntilərə baxmayaraq, tarif mübahisələri vəticarət ziddiyyətləri qalmaqdadır.
“Aydındır ki, qarşıdakı aylarda ayıq-sayıqlıq qorunmalıdır vəOPEC bazarda baş verən bütün dəyişiklikləri gündəlik izləməyə davamedəcək”, – deyə əl Qeys əlavə edib.
Əl Qeys vurğulayıb ki, OPEC və Əməkdaşlıq Bəyannaməsiçərçivəsində onun tərəfdaşları üçün əsas prioritet qlobal mənzərəyəkompleks yanaşmadır.
“Biz dünya neft bazarına təsir edən bütün əsas amilləri –iqtisadi artım tempindən tutmuş tələbat və təklif balansına, eləcədə, ehtiyat səviyyəsinə qədər – diqqətlə izləyirik. Bütün qərarlaretibarlı məlumatlar, dərindən aparılmış təhlil və real vəziyyətəsasında qəbul olunur. Bu isə bizim əsas məqsədimizi –tarazlaşdırılmış bazar və dayanıqlı sabitliyi – diqqətdənqaçırmamağımız üçün son dərəcə vacibdir”, – deyə o qeyd edib.
OPEC+ gələcəyi
Baş katib qeyd edib ki, Əməkdaşlıq Bəyannaməsi (DoC), daha çoxOPEC+ kimi tanınan format tarazlaşdırılmış və sabit neft bazarınanail olmaq istiqamətində tam şəkildə fokuslanmaqda davam edir.
“OPEC+ bazarın sabitliyini təmin etmək üçün sənaye sahəsininbütün iştirakçılarının – istehsalçılar, istehlakçılar, investorlarvə bütövlükdə qlobal iqtisadiyyatın maraqları naminə səylərgöstərir. İştirakçı ölkələr tərəfindən həyata keçirilən könüllühasilat düzəlişləri öz effektivliyini sübut edib. Xüsusilə OPEC+səyləri nəticəsində 2024-cü ildə neft ən az dəyişkənliyə məruzqalan xammal məhsulu olub”, – deyə Əl Qeys bildirib.
Onun sözlərinə görə, doqquz illik fəaliyyəti ərzində DoC formatıbazardakı qeyri-sabitliklərin – COVID-19 pandemiyasının yaratdığıböhrandan tutmuş müxtəlif mərhələlərdəki qlobal iqtisadiqeyri-müəyyənliklərə qədər – aradan qaldırılmasında effektivmexanizm kimi özünü təsdiqləyib.
“Əldə olunmuş nəticələri və iştirakçı ölkələr arasında olanmöhkəm birlik və əlaqələndirmə ruhunu nəzərə alsaq, OPEC+ dünyaneft bazarını sabitləşdirməyi davam etdirmək üçün bütün imkanlaramalikdir. Bu, qlobal enerji məkanının müasir strukturunun vacibelementidir”, - deyə o bildirib.
Neftin “enerjili gələcək” gündəminəinteqrasiyası
OPEC baş katibinin fikrincə, energetikanın gələcəyininmüzakirəsində hər kəs iştirak etməlidir.
“Bu, hər zaman bizim prinsipimiz olub: biz inklüzivliktərəfdarıyıq, istisnanın yox. Biz heç kimi qovmuruq və heç nəyiinkar etmirik. Biz Azərbaycanda keçirilən COP29 danışıqlarmasasında bütün tərəflərin təmsil olunmasını yüksəkqiymətləndiririk.
Azərbaycan Prezidenti İlham Əliyevin COP29-un açılış mərasimindəqeyd etdiyi kimi, həqiqətən, neft və qaz - “bu, Tanrının bəxşetdiyi hədiyyədir”.
Onlar istehsalçı ölkələr üçün, eləcə də, bütün dünyadan olanistehlakçılar üçün həyati əhəmiyyətli qalmaqdadır. Bundan başqa,onların payına dünyanın enerji balansının təxminən 55 faizi düşür.Neft və qazın rolu nəzərə alınmadan iqlim və gələcək enerjiyollarının müzakirəsi qeyri-mümkündür", – deyə OPEC baş katibibildirib.
O hesab edir ki, inklüzivlik gələcək inkişaf üçün bir əsasolmalıdır.
“Biz aydın şəkildə anlamalıyıq ki, aşağı emissiyalı gələcəkqurmaqla yanaşı, enerji təhlükəsizliyini təmin etmək və enerjiyəümumi çıxışı reallaşdırmaq müxtəlif yanaşmalar tələb edir. Bu, nəölkələr, nə də sənaye sahələri üçün ‘hamıya eyni yol’ deyil. OPEColaraq biz enerji həllərinin beynəlmiləlliyi prinsipinə sadiqik.Artan tələbatı və ehtiyacları tək bir enerji mənbəyiqarşılamayacaq”, – deyə Əl Qeys əlavə edib.
Baş katib vurğulayıb ki, OPEK bütün xalqların maraqlarını nəzərəalan yanaşmanın tərəfdarıdır. Bu yanaşma hər bir ölkəninimkanlarını, milli xüsusiyyətlərini və inkişaf prioritetlərininəzərə alaraq, heç kimin kənarda qalmamasını təmin etməlidir.
“İnkişaf etməkdə olan dünyada milyardlarla insan hələ də enerjisahəsindəki boşluğu doldurmağa çalışır. Bu insanlar üçün enerjigələcəyi müxtəlif enerji mənbələrinin xərcləri və faydaları iləbağlı müzakirələr və ya eleketrik avtomobili almaq seçimi ilə bağlıdeyil. Söhbət inkişaf etmiş ölkələrin adi hal kimi qəbul etdiyiəsas enerji ehtiyaclarına çatmaqdan, məsələn, işıq yandırmaq, təmizsobada yemək bişirmək, işə və ya məktəbə getmək üçün mühərriklinəqliyyat vasitəsinə sahib olmaq imkanından gedir. “Ümumi, lakinfərqləndirilmiş öhdəliklər və müvafiq imkanlar” prinsipi həllediciəhəmiyyət daşıyır və BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyası prosesinin və COP görüşlərinin təməlini təşkiledir.
Məhz bu səbəbdən texnologiyaya əsaslanan yanaşmanı dəstəkləyirikvə üzv dövlətlərimiz karbonun tutulması, istifadəsi və saxlanması,havadan birbaşa karbonun tutulması, dövri karbon iqtisadiyyatı,eləcə də, hidrogen, bərpaolunan enerji və nüvə enerjisi kimi digərenerji mənbələrinə investisiyalar yatırırlar.
Biz bu ilin sonuna Braziliyada COP30-un keçirilməsinisəbirsizliklə gözləyirik – adıçəkilən ölkə bu yaxınlarda OPEC vəOPEC-ə daxil olmayan ölkələrin Əməkdaşlıq Xartiyasına qoşulub”, -deyə o yekunlaşdırıb.