AZ

Dəhşətli statistika! Şimali Koreyanın Rusiyadakı itkiləri açıqlandı

Hurriyyet.az "Röyter" agentliyinə istinadla xəbər verir ki, Seul kəşfiyyatı Rusiyanın Kursk vilayətində, Ukrayna ilə müharibədə Şimali Koreyanın artıq (yaralılar və həlak olanlar daxil olmaqla) 4,7 min nəfərə qədər hərbçisini itirdiyini bəyan edib.

Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Kurskdakı döyüşlərə Rusiya Koreya Xalq Demokratik Respublikasının ümumilikdə 15 min əsgərini cəlb edib. Şimali Koreya Rusiya ərazisində ümumilikdə 4,7 min hərbçisini itirib - onlardan 600 nəfəri həlak olub, digərləri isə yaralanıblar.

İnsan qarşılığında texnika verilib

Məlumatda qeyd edilir ki, Rusiyaya silah və hərbçi göndərən KXDR bunun qarşılığında Moskvadan casus peykləri, dronlar və zenit raketlər alıb.

Cənubi Koreya parlamentinin Kəşfiyyat Məsələləri Komitəsinin üzvü Li Sonq Kveun  deyib: "Müharibədə altı ay iştirak etdikdən sonra şimali koreyalı hərbçilər PUA kimi yeni texnikanın istifadəsinə vərdiş edirlər".

Kveun əlavə edib ki, həlak olmuş şimali koreyalı əsgərlərin nəşləri vətənə göndərilməzdən əvvəl Kursk vilayətində  kremasiya (meyitlərin xüsusi peçlərdə yandırılması) edilir.

Hürr Tərcüman

Seçilən
4
hurriyyet.az

1Mənbələr