TBİLİSİ, 30 aprel. TELEQRAF
Bu ilin əvvəlindən aprelin 21-dək Gürcüstandan ixrac olunan kənd təsərrüfatı və qida məhsullarının dəyəri 56,9 milyon ABŞ dolları təşkil edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
İllik müqayisədə dəyər 19% və yaxud 9,2 milyon ABŞ dolları artıb. Artım əsasən fındıq, meyvə-tərəvəz şirələri və şərabın hesabına baş verib.
Hesabat dövründə Azərbaycan bazarına ixrac edilmiş kənd təsərrüfatı və qida məhsullarının dəyərində əhəmiyyətli artım qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 10% artaraq 4,4 milyon ABŞ dollarına bərabər olub. Artım əsasən qazlaşdırılmış alkoqolsuz içkilərin (9 milyon ABŞ dolları) və kartofun (3,6 milyon ABŞ dolları) hesabına əldə olunub.