AZ

General-leytenant Hikmət Mirzəyevin rəhbərlik etdiyi XTQ

General-leytenant

30 aprel 1999-cu ildə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri (XTQ), bu gün 26-cı ildönümünü qeyd edirBirinci Qarabağ müharibəsinin təcrübəli zabit və gizirlərinin iştirakı ilə formalaşdırılan bu elit hərbi birləşmə, Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə qurulub. XTQ, antiterror, kəşfiyyat və qeyri-ənənəvi müharibə əməliyyatlarında ixtisaslaşıb.2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin Vətən müharibəsində XTQ-nin göstərdiyi qəhrəmanlıq, xüsusilə Şuşanın azad olunmasında oynadığı rol, hərb tariximizdə əlamətdar hadisələrdəndir. Bu uğurlarına görə, XTQ-nin 32 üzvü “Vətən Müharibəsi Qəhrəmanı” medalı, 2 nəfər “Zəfər” ordeni, 57 nəfər isə “Qarabağ” ordeni ilə təltif olunub.General-leytenant Hikmət Mirzəyevin rəhbərlik etdiyi XTQ, müasir silah və texnika ilə təchiz olunaraq, Azərbaycanın hərbi gücünün əsas dayaqlarından biri olaraq fəaliyyətini davam etdirir.Bu əlamətdar gündə, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən XTQ şəhidlərini ehtiramla yad edir, onların ailələrinə səbr diləyirik.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Ufada Qələbə Gününə Həsr Olunmuş Teatr Tədbiri - FOTO- VİDEO

Suriyada sükut pozuldu: Əsədin atasının məzarı boş tapıldı

Şahzadə Endryunun ilk ittihamçısı Virciniya Cuffre vəfat etdi

Seçilən
1
ulusum.az

1Mənbələr