AZ

Zelenski mayın 9-da Qızıl Meydanı vuracaqlarını istisna etməyib

Ukrayna prezidenti: Onlar paradın sual altında olmasından narahatdırlar...

Poliqon xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə axşamı gecə videomüraciətində Rusiyanın tam atəşkəslə razılaşmalı olduğunu təkrarlayıb.

Putinin Rusiyanın Qələbə Günü ilə bağlı elan etdiyi atəşkəslə bağlı Zelenski istehza ilə deyib ki, Rusiya rəhbərliyi Moskvada Qələbə paradından narahat olmaqda haqlıdır.

“Biz həmçinin Amerika ilə yeni sanksiya addımları ilə bağlı söhbətə hazırlaşırıq. Biz məhz Rusiyada Moskvanı diplomatiyaya ən çox məcbur edəcək ağrı nöqtələrini seçirik”, deyə Zelenski müraciətində bildirib.

“Onlar müharibəni bitirmək üçün aydın addımlar atmalıdırlar və biz təkid edirik ki, qeyd-şərtsiz və tam atəşkəs ilk addım olmalıdır. Rusiya bunu etməlidir. İndi onların paradının sual altında olmasından narahatdırlar. Onlar narahat olmaqda haqlıdırlar. Amma biz də narahat olmalıyıq ki, bu müharibə hələ də davam edir”, deyə prezident davam edib”.

Poliqon.info

Seçilən
3
poliqon.info

1Mənbələr