AZ

ABŞ-ın Türkiyədəki yeni səfiri məlum oldu

ABŞ-ın Ankaradakı səfirliyinə namizəd Tom Barak Senatdan təsdiq alıb.

Publika.az xəbər verir ki, 36 əleyhinə səsə qarşı 60 lehinə səs alan Barak ABŞ-ın Ankara səfiri vəzifəsinə təyin edilib.

"Avropa, Asiya və Yaxın Şərqin ən strateji kəsişməsində yerləşən NATO-nun dəyərli tərəfdaşı olaraq Türkiyənin NATO-ya verdiyi töhfələr saysız-hesabsızdır", - deyə Barak aprelin əvvəlində Senatda təsdiqləmə dinləmələrində söyləmişdi.

Qeyd edək ki, Tom Barak 1980-ci illərdə Reyqan administrasiyasında daxili işlər nazirinin müşavirinin müavini vəzifəsində çalışıb. Barak və Donald Tramp arasında illərdir dostluq münasibətləri var.

Seçilən
2
publika.az

1Mənbələr