AZ

Peyvəndlərin vurulmasındagecikmələrə yol verilə bilərmi?

Bakı. Trend:

Azərbaycanda hazırda dövlət tibb müəssisələrində cariprofilaktik peyvəndlər təqviminə uyğun 11 yoluxucu xəstəliyə qarşıpeyvəndləmə aparılır: Hepatit B, vərəm, difteriya, göyöskürək,tetanus, poliomielit, B tipli hemofil infeksiya, pnevmokokinfeksiyası, qızılca, epidemik parotit, məxmərək.

Trendxəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlamradio”da həkim-epidemioloq Aytəkin Qurbanova açıqlayıb.

Onun sözlərinə görə, hər peyvəndin təqvimə uyğun yaşda vurulmasıçox vacibdir, çünki həmin yaş dövründə uşağın peyvəndlə qarşısıalınan təhlükəli xəstəliklərə məruz qalma riski olduqcayüksəkdir:

“Həmçinin, uşaqda bu yaş dövründə peyvəndləmə nəticəsində dahagüclü immunitet yaranır. Peyvənd təqvimi elmi sübutlaraəsaslanaraq, tərtib olunub. Peyvəndlərin vurulmasında səbəbsizgecikmələrə yol vermək olmaz. Peyvəndlər peyvənd təqviminə uyğunolaraq vaxtında tətbiq edilməlidir. Belə ki, peyvəndin vurulmasındagecikmə uşağın həssas olduğu dövrdə onu müdafiədən məhrum edir.

Məsələn, Hib və pnevmokok kimi xəstəliklərdən demək olar ki,əsasən 2 yaşadək uşaqlar əziyyət çəkir. Hepatit B, göyöskürək vəbəzi digər peyvəndlərlə qarşısı alına bilən xəstəliklər az yaşlıuşaqlarda daha ağır keçir. Lakin uşaqlara peyvənd vurulduğutəqdirdə, onların immun sistemi güclənir və erkən yaşlarındanetibarən həmin xəstəliklərə qarşı qorunmuş olur. Məhz buna görə də,uşaqları doğulduğu gündən etibarən peyvənd cədvəlinə uyğun peyvəndetdirmək lazımdır”.

Həkim-epidemioloq bildirib ki, uşaq hansısa səbəbdən bir və yabir neçə peyvəndi vaxtında almayıbsa, yaxud ona ümumiyyətlə heç birpeyvənd vurulmayıbsa, belə hallarda uşağın gecikmiş peyvəndləməcədvəlinə uyğun peyvənd olunması vacibdir:

“Uşağın peyvəndləməsi gec başladıqda və ya yenidən bərpaolunduqda, peyvəndləmə əvvəllər vurulan peyvəndlərin nəzərəalınması şərtilə dayandırıldığı yerdən davam etdirilməlidir. Uşağınxəstələnməyini gözləmədən, onu peyvənd etdirmək mütləqdir, çünkixəstəliklərin fəsadları ağır ola bilər. Əgər uşaq peyvəndlə qarşısıalına bilən xəstəlikləri keçiribsə belə, uşaq yenə də peyvəndedilməlidir. Bu çox vacibdir, çünki iki yaşından kiçik uşaqlar bəziinfeksiyaları (hemofil infeksiya, meningit, pnevmoniya) keçirdikdənsonra yetərli səviyyədə təbii immunitet əldə edə bilmirlər”.

A.Qurbanova qeyd edib ki, uşaq xəstəliyə yoluxduqda virus və yabakteriyanın bir növünə yoluxur:

“Lakin peyvənd uşağı eyni xəstəliyi törədə biləcək mikrobun birçox növündən qoruyur. Məsələn, pnevmokok əleyhinə peyvənd uşağıpnevmokok bakteriyasının 13 növündən qoruyur”.

Seçilən
2
az.trend.az

1Mənbələr