AZ

Nömrəsi olmayan avtomobillə xuliqanlıq edən qazi saxlanılıb

Bakı. Trend:

Şirvan şəhərində narkotik vasitənin təsiri altında avtomobilləxuliqanlıq edən şəxs saxlanılıb.

Trend xəbərverir ki, 22 yaşlı Heydər Gülmalıyev polis əməkdaşları tərəfindənsaxlanılaraq məsuliyyətə cəlb edilib.

Belə ki, o, “Azsamand” markalı avtomobillə dövlət qeydiyyatnişanı olmadan şəhər ərazisində ictimai qaydanı kobud surətdəpozaraq vətəndaşların həyat və sağlamlığına real təhlükəyaratmaqla, təhlükəli manevrlərlə ayrı-ayrı şəxslərə məxsus birneçə nəqliyyat vasitəsinə zərər vuraraq qərəzli hərəkətlərtörətməkdə təqsirləndirilir.

H.Gülmalıyev barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsiilə cinayət işi başlanaraq istintaq aparılır.

Qeyd edək ki, Heydər Gülmalıyev Vətən müharibəsi qazisidir.

Seçilən
0
22
az.trend.az

10Mənbələr