AZ

Azərbaycandakı İtaliya şirkəti yenidən təşkil olunur

“La Casa Dei Sogni” MMC-nin yenidən təşkil olunduğu elan edilib.

Valyuta.az xəbər verir ki, “Muradlı Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin MMC-dən ayrılması səbəbilə yenidən təşkil olunur. 

Şirkət Valpaint və Novacolor kimi İtaliyanın nüfuzlu dekorativ boya markalarının Azərbaycandakı eksklüziv distribütorudur. 

Qeyd edək ki, “La Casa Dei Sogni” MMC 2019-cu ildə “MM Constuction” MMC adı ilə dövlət qeydiyyatına alınıb. Hazırda şirkətin nizamnamə kapitalı 100 manat təşkil edir. Cəmiyyətin qanuni təmsilçisi Abiyev Elnur Balabəy oğludur.

Maya Hüseynova

Seçilən
0
1
valyuta.az

2Mənbələr