AZ

“20 Yanvar”da özünü qəsdən maşınların altına atır - Video

Bakı şəhər Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsi kimi tanınan yerdə gənc oğlan özünü qəsdən nəqliyyat vastələrinin altına atıb.

Bu barədə “Qafqazinfo”ya məlumat verən vətəndaş həmin görüntüləri təqdim edib.

Bildirilib ki, 30-35 yaşlı şəxs əsasən səhər saatlarında yolun hərəkət hissəsində təhlükəli vəziyyət yaradır və maşınların qarşısına çıxaraq xəsarət almış kimi görüntü yaradır. Onun avtomobil sahiblərindən müəyyən qədər pul alaraq məsələni “həll etdiyi” qeyd edilir.

Aprelin 27-də qeydə alınmış görüntülərdən də məlum olur ki, şəxsiyyəti məlum olmayan şəxs hərəkətlərinə israrla davam edir və yaxınlıqda olan vətəndaşlar onu dartaraq yolun hərəkət hissəsindən kənarlaşdırırlar.

Sözügedən görüntüləri təqdim edirik:

Seçilən
0
5
qafqazinfo.az

10Mənbələr